Haqqımızda

Əsası 1967-ci ildə qoyulmuş Mehdiabad Üzüm Emalı müəssisəsi 2003-cü ildən “Abşeron-Şərab” ASC kimi yenidən fəaliyyətə başlamışdır. 


Həmin ildən başlayaraq Azərbaycanın alkaqollu içkilər bazarına “Abşeron”, “Bakı”, “Kəpəz”, “Göy-Göl” markalı konyakları ilə daxil olmuşdur. Xammal istehsalını və saxlanmasını təkmilləşdirmək məqsədi ilə müəssisədə zirzəmilər tikilmiş, Fransanın, Yunanıstanın və.s. ölkələrin istehsalı olan palıd çəlləklərdə və şüşə emal çənlərdə konyak spirtinin saxlanılması təmin olunmuşdur.


Məhsullarını Rusiya Federasiyasına, Ukraynaya, Belorusiyaya, Vyetnama ixrac edən müəssisədə Azərbaycanda ilk dəfə olaraq konyak spirtinin yetişdirilməsi üçün “Solyari” sexi istifadəyə verilmişdir. 


Bütün bu görülən işlərin nəticəsində “Abşeron-Şərab” ASC konyak spirti ixracında özünəməxsus yer tutmuşdur. Müəssisənin istehsal etdiyi markalı konyaklar “Ay İşığı”, “Ay Gün”, “Mirvari”, “Kainat”, “Zümrüd”, “Gilavar”, “Xəzri”, “Almaz”, “Qələbə” alıcılar tərəfindən xüsusi rəğbət qazanmışdır.


2008-ci ildən Avropanın ən inkişaf etmiş dövlətləri olan Almanya, İtaliya, Türkiyə, Bolqarıstan, Fransa istehsalı olan üzüm qəbulu, ilkin emal xətləri, fermentasiya, şok soyutma sistemləri, şərabların soyuq mühitdə saxlanılması, süzülmə xətləri kimi avadanlıqların gətirilməsi və tətbiqi yüksək keyfiyyətli məhsulların istehsalına zəmin yaratmışdır.


Respublikada oynaq şərablarla yanaşı qazlaşdırılmış şərablara olan tələbatı nəzərə alaraq “Abşeron-Şərab” ASC – də qazlaşdırılmış şərablar da istehsal olunur.


Müəssisədə istehsal edilən şərablar Azərbaycanın müxtəlif bölgələrində yetişdirilən milli sortlardan Mədrəsə, Bayan Şirə, Avropa sortlarından Kaberne-Sovinyon, Merlo, Saperavi, Pino Noir, Sıra, Şardone üzüm növlərindən emal edilmişdir. Bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycanın milli içkisi kimi tanınan Zoğal və Tut araqları sənaye üsulu ilə ilk dəfə bu müəssisədə istehsal olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, tünd içkilərdən Ballı bibər, Tərxun və Limon araqları da ilk dəfə yeni texnoloji resepturalar əsasında bu müəssisədə istehsal edilmişdir.


Azərbaycanda ilk dəfə olaraq 5 növdə meyvə likyorlarının istehsalına bizim müəssisədə başlanılmışdır. 100% təbii meyvə şirələrindən hazırlanmış Albalı, Badam, Çiyələk, Qarağat, Şaftalı likyorları alkoqollu içkilər bazarında fərdi tələbata məxsus məhsullardandır.


İdarə Heyyətinin Sədri  - Xəlil Nurəddin oğlu İsmayılov:

“Kollektivimizin qarşısında duran məsuliyyətli vəzifə məhsullarımızın keyfiyyətini

  daima yüksəltmək və Azərbaycanda şərabçılığın inkişafına öz töhfəmizi verməkdir”.