30-01-2017, 09:09

İvanovka Bağları 1954 (Alk.12%, 0.75 L)

Tənək nə qədər yaşlı olsa, üzüm o qədər keyfiyyətli, şərab bir o qədər yaxşı olar. Bu, hər bir şərabçıya və bu içkinin bilicilərinə məlum olan böyük həqiqətdir.Nikitin adına kolxoz 2014-cü ildə öz üzümlüyün 60 illik yubileyini keçirdi. Məhz bu münasibətlə təsərrüfat öz “İvanovka Bağları 1954” şərab seriyasını buraxmağı qərara aldı. İvanovka üzümçüləri və Bakıda fəaliyyət göstərən “Abşeron-Şərab” müəssisəsinin mütəxəssisləri bu seriyanın hazırlanmasına maksimum zəhmət çəkməklə, doğma yurda, bərəkətli Azərbaycan torpağına və bir nemət kimi üzüm tənəklərinə olan sevgilərini nümayiş etdirdilər.Xatırlatmaq yerinə düşər ki, “Mədrəsə”, “Ağ süfrə”, “Kəmşirin” və “Kaqor” kimi şərablar həmişə Azərbaycan şərabçılarının qüruru olmuş və beynəlxalq müsabiqələrdə Azərbaycanı böyük uğurla təmsil etmişlər. Bu gün İvanovka üzümçüləri gərgin əməklərilə Azərbaycanda şərabçılıq ənənəsinin bərpasına və ölkənin üzümçülük şöhrətinin geri qaytarılmasına öz töhfələrini verirlər.

Bütün xəbərlər