11-02-2017, 10:25

Sabiel Şərab Xətti

Sabiel - Azərbaycanın cənub qərbində səhər əsən zəif dağ küləyidir. Azərbaycanın müxtəlif torpaq-iqlim şəraiti üzümçülük və şərabçılıq üçün gözəl imkanlar yaradır. Sabiel şərabları isə bu tarixi şərabçılıq bölgəsinin terruarını özündə əks etdirir.   Əsl avropa üslubunda yaradılmış Sabiel kolleksiyası, təbii turş üzüm şərabların həvəskarları üçün yaradılmışdır. Bu xəttin sırasında olan Kaberne-Sovinyon, Şiraz, Merlo, Şardone - ağ və qırmızı şərablar hər bir məclisinin və süfrənin bəzəyidir.  Azərbaycan çaxırların əvəzolunmaz cazibəsini "Sabiel" ilə bir yerdə dada bilərsiz.

Bütün xəbərlər