“ABŞERON-ŞƏRAB” ASC Azərbaycanda üzüm qəbulu, emalı və onun əsasında spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir.
Müəssisə Bakı şəhərindən 17 km aralıda, Mehdiabad qəsəbəsində yerləşir. Müəssisənin ərazisi zirzəmilər, istehsal sexləri və hazır məhsulların saxlanması ilə təchiz olunmuş sənaye binaları komplekslədən ibarətdir.
2007-ci ildən həyata keçirilən texnoloji modernləşdirilməsi sayəsində müəssisədə müasir xarici avadanlıqlar quraşdırılmış, Avropa istehsalı olan palıd çəlləkləri, fermentasiya və digər çənlər alınmışdır.
Bu gün “Abşeron-Şərab” ASC şərab, konyak, araq, viski, likörlər, şampan, cin, kalvados və meyvə araqları da daxil olmaqla 70-dən çox adda məhsul istehsal edir.
Şərabların istehsalı üçün Azərbaycanın müxtəlif üzümçülük rayonlarında yetişdirilən Kaberne Sovinyon, Saperavi, Merlo, Pino Nuar, Şira, Şardone kimi Avropa üzüm növləri, həmçinin yerli Mədrəsə, Rkasiteli və Bayan Şira sortları emal olunur.
Peşəkarlardan və mütəxəssislərdən ibarət komanda şirkətin “Ən yüksək tələblərə və standartlara cavab verən təbii məhsulların istehsalı” prinsiplərini həyata keçirir.
Bu məqsədlər üçün beynəlxalq istehsalçıların ən müasir avadanlıqları ilə təchiz edilmiş, akkreditə olunmuş laboratoriyamız yaradılmışdır
İstehsalın hər mərhələsində məhsulun keyfiyyətinə nəzarət sistemi yaradılmışdır ki, bu da DNV GL (Norveç) tərəfindən verilmiş “İSO 22000 beynəlxalq standartının tələblərinə uyğun Qida Təhlükəsizliyi İdarəetmə Sistemi” sertifikatı ilə təsdiqlənir.
Bütün şöbələrin rəhbərləri və əməkdaşları beynəlxalq sərgi və forumlarda öz bacarıqlarını artırır, xarici şirkətlərlə təcrübə mübadiləsi aparır, yeni texnologiyalar hazırlayır və tətbiq edirlər.
Birgə kollektiv, yüksək keyfiyyətli məhsullar və dövlətin “Made in Azerbaijan” himayəsi altında məhsulların ixracını təşviq etməsi sayəsində ixracyönümlü məhsulların istehsalının həcmi ildən-ilə artır.
Şirkətimiz 15 ildən artıqdır ki, öz məhsullarını xarici bazarlarda uğurla təqdim edir, o cümlədən: Rusiya, Belarus, Almaniya, Qazaxıstan, Ukrayna, İsrail, Çin və s.
Kollektivimizin qarşısında duran əsas vəzifə yüksək keyfiyyətli məhsul istehsal etməklə Azərbaycanda şərabçılığın inkişafına öz töhfəmizi verməkdir.