Vodka «Marshall» — məhsul portfelimizə yeni premium əlavə!
“Abşeron-Şərab” ASC məhsul portfelini yeni premium məhsul — Vodka «Marshall» ilə genişləndirir.
Belarus Respublikasında istehsal olunmuş yüksək keyfiyyətli “Alfa” kateqoriyalı taxıl mənşəli etil spirti və mineral su əsasında hazırlanan Vodka «Marshall» çoxmərhələli filtrasiya prosesi ilə xüsusi saflıq və şəffaflıq əldə edir. Məhsul yumşaq, harmonik dadı və zərif ətri ilə seçilərək yüksək keyfiyyət standartlarını özündə əks etdirir.
Gümüşü və qara rənglərin zövqlə uzlaşdırıldığı müasir şüşə dizaynı məhsulun premium xarakterini tamamlayır, ona fərqli və yaddaqalan vizual üslub qazandırır.
Vodka «Marshall» istehlakçılara 500 ml və 700 ml həcmli şüşələrdə təqdim olunur.
Marshall — keyfiyyətə, zərifliyə və müasir üsluba verilən dəyər!