Абшерон ХО 6 лет

Məhsulun təsviri

"Abşeron XO Altı illik" brendi - Azərbaycanda yetişdirilən Rkatsiteli üzümünün distillatlarının qarışığından hazırlanmışdır. Distillatlar köhnə Fransız palıd çəlləklərində ən azı 6 il müddətinə yaşlanır.

Adı haqqında

Abşeron — Azərbaycanda Xəzər dənizinin qərb sahilində yerləşən yarımadadır. Azərbaycanın paytaxtı Bakı Abşeron yarımadasında yerləşir.

Etiket

Etiket Xəzər dənizinin qərb sahilində yerləşən Abşeron yarımadasının zəngin tarixini və görməli yerlərini əks etdirir. Etiketin üzərində Bakı şəhərinin və Abşeron yarımadasının simvolları olan Qız Qalası, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi və s. təsvir edilmişdir. Yüksək keyfiyyətli materialların istifadəsi məhsulun premium statusunu vurğulayır.

Orqanoleptik xüsusiyyətləri və Spesifikasiyalar

  • Rənq: Mis-qızıl
  • Dadı: Zəngin buketində vanil notları üstünlük təşkil edir. Yumşaq, parlaq və məxməri uzunmüddətli dada malikdir.
  • Etil spirtinin kütlə payı: 40%
  • Həcmi: 500 ml
  • Barkod: 4760019806777

Şirkət haqqında

1967-ci ildə yaradılmış Mehdiabad üzüm emalı müəssisəsi 2003-cü ildən yenidən “Abşeron-Şərab” ASC kimi fəaliyyət göstərir. Müəssisə sovet dövründən zavodun zirzəmilərində saxlanılan köhnə şərab distillələrinin unikal ehtiyatına malikdir.

Bu gün “Abşeron-Şərab” ASC Azərbaycanda üzüm qəbulu, emalı və onun əsasında spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir.

video

 

#KarabakhisAzerbaijan #absheronsharab #madeinazerbaijan