Azerbaijan Land of Fire 15-Year-Old
Məhsulun təsviri
“Azerbaijan Land of Fire 15-Year-Old” - Azərbaycanda yetişdirilən seçilmiş Rkatsiteli üzümlərindən klassik texnologiya ilə istehsal olunan yüksək keyfiyyətli şərab distillatlarının qarışığından hazırlanır. Distillatlar köhnə Fransız palıd çəlləklərində ən azı 15 il müddətinə saxlanılır.
Adı haqqında
“Azerbaijan Land of Fire 15-Year-Old” mənşə ölkəsinin adını daşıyır. Azərbaycan qədim tarixə və ənənələrə malik, Şərqlə Qərbi birləşdirən mədəni və iqtisadi körpü olan qonaqpərvər ölkədir. Tarixən mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan "Böyük İpək Yolu"nun keçdiyi dövlətlərdən biridir.
Qablaşdırma
İçki tünd qırmızı hədiyyə qutusunda istehsal olunur. Orijinal qablaşdırma mükəmməl seçilmiş dizayn materialların sayəsində məhsulun yüksək statusunu əks etdirir. Qutunun bej məxməri daxili hissəsi şüşənin qutuda stasionar vəziyyətdə saxlanmasını təmin edir. Maqnit klapan sayəsində qapaq qutuya möhkəm bağlanır.
Orqanoleptik xüsusiyyətləri və Spesifikasiyalar
- Zərif, çoxşaxəli ətrə və dada malikdir.
- Etil spirtinin kütlə payı: 40%
- Həcmi: 500 ml
Şirkət haqqında
1967-ci ildə yaradılmış Mehdiabad üzüm emalı müəssisəsi 2003-cü ildən yenidən “Abşeron-Şərab” ASC kimi fəaliyyət göstərir. Bu gün “Abşeron-Şərab” ASC Azərbaycanda üzüm qəbulu, emalı və onun əsasında spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir. Müəssisə sovet dövründən zavodun zirzəmilərində saxlanılan köhnə şərab distillələrinin unikal ehtiyatına malikdir.
Özəl hədiyyə
“Azerbaijan Land of Fire 15-Year-Old” yaxınlar və ya iş adamları üçün gözəl hədiyyə ola bilər.