Azəri Абшерон 5 лет

Məhsulun təsviri

«Azəri Abşeron» beş illik konyak Azərbaycanda yetişdirilən Rkatsiteli üzümünün distillatlarının qarışığından hazırlanmışdır. Distillatlar köhnə Fransız palıd çəlləklərində ən azı 5 il müddətinə yaşlanır.

Adı haqqında

"Azəri" ticarət nişanı Azərbaycan mədəniyyətini və adət-ənənələrini təcəssüm etdirir.

“Abşeron” — Azərbaycanda Xəzər dənizinin qərb sahilində yerləşən yarımadadır. Azərbaycanın paytaxtı Bakı Abşeron yarımadasında yerləşir.

Orqanoleptik xüsusiyyətləri və Spesifikasiyalar

  • Rəng: qızılı-kəhrəba
  • Aroma: qurudulmuş ərik, gavalı və ədviyyatlı vanilin eyhamları ilə mürəkkəb ətirə malikdir.
  • Dad: şokolad nüansları ilə ahəngdar, uzunmüddətli, harmonik dad.
  • Servis: desertlərlə və ya digestif kimi tövsiyə olunur
  • Etil spirtinin kütlə payı: 40%
  • Həcm: 500 ml
  • Barkod: 4760019800041

Şirkət haqqında

1967-ci ildə yaradılmış Mehdiabad üzüm emalı müəssisəsi 2003-cü ildən yenidən “Abşeron-Şərab” ASC kimi fəaliyyət göstərir. Müəssisə sovet dövründən zavodun zirzəmilərində saxlanılan köhnə şərab distillələrinin unikal ehtiyatına malikdir.

Bu gün “Abşeron-Şərab” ASC Azərbaycanda üzüm qəbulu, emalı və onun əsasında spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir.

video

#KarabakhisAzerbaijan #absheronsharab #madeinazerbaijan