Azəri Гянджа 7 лет
Məhsulun təsviri
«Azəri Gəncə» yeddi illik konyak Azərbaycanda yetişdirilən Rkatsiteli üzümünün distillatlarının qarışığından hazırlanmışdır. Distillatlar köhnə Fransız palıd çəlləklərində ən azı 7 il müddətinə yaşlanır.
Adı haqqında
"Azəri" ticarət nişanı Azərbaycan mədəniyyətini və adət-ənənələrini təcəssüm etdirir.
Gəncə Azərbaycanın ən qədim mədəniyyət və inzibati mərkəzlərindən biridir. 1940-cı illərdə aparılan arxeoloji qazıntılar zamanı burada eramızdan əvvəl mövcud olmuş yaşayış məskənlərı aşkar edilmişdir. Şəhərin məşhur memarlıq abidələri dünyanın hər tərəfindən gələn qonaqlar və turistləri öz monumentallığı və sənətkarlığı ilə cəlb edir.
Orqanoleptik xüsusiyyətləri və Spesifikasiyalar
- Aroma: palıd, meyvə və vanil notları ilə.
- Dad: balanslanmış dadı dolğun və eyni zamanda yumşaq və zəngindir.
- Buketi bal və vanil nüansları ilə tamamlanan palıd və fındıq notlarından ibarətdir.
- Servis: desertlərlə və ya digestif kimi tövsiyə olunur
- Etil spirtinin kütlə payı: 40%
- Həcm: 500 ml
- Barkod: 4760019801024
Şirkət haqqında
1967-ci ildə yaradılmış Mehdiabad üzüm emalı müəssisəsi 2003-cü ildən yenidən “Abşeron-Şərab” ASC kimi fəaliyyət göstərir. Müəssisə sovet dövründən zavodun zirzəmilərində saxlanılan köhnə şərab distillələrinin unikal ehtiyatına malikdir.
Bu gün “Abşeron-Şərab” ASC Azərbaycanda üzüm qəbulu, emalı və onun əsasında spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir.
#KarabakhisAzerbaijan #absheronsharab #madeinazerbaijan