Baku Magic XO 25-Year-Old

Məhsulun təsviri

"Baku Magic XO 25-Year-Old " palıd çəlləklərdə yetişdirməklə ən azı 25 il müddətində saxlanılan yüksək keyfiyyətli şərab distillatlarının qarışığından hazırlanır. Yaşlanma üçün, keçən əsrdən bəri mövcud olan köhnə Fransız palıd çəlləkləri istifadə edilmişdir.

Adı haqqında

"Baku Magic XO 25-Year-Old" müstəqil Azərbaycan Respublikasının paytaxtının adını daşıyır. Bakı şəhəri Xəzər dənizinin qərb sahili boyunca, miqrasiya və ticarət yollarının qovşağının mərkəzində yerləşən Qafqazın ən böyük və gözəl şəhərlərindən biridir.

Bakı şəhəri qədim abidələri, Şərq və Qərbin memarlıq ənənələri, müasir göydələnləri, abadlaşdırılmış parkları, çimərlikləri və özünəməxsus milli ləzzətli orijinal mətbəxi ilə məşhurdur.

Qablaşdırma

İçki qızıl bəzəkli qara hədiyyə qutusunda istehsal olunur. Orijinal qablaşdırma mükəmməl seçilmiş dizayn materialların sayəsində məhsulun yüksək statusunu əks etdirir. Qutunun bej məxməri daxili hissəsi şüşənin qutuda stasionar vəziyyətdə saxlanmasını təmin edir. Maqnit klapan sayəsində qapaq qutuya möhkəm bağlanır.

Orqanoleptik xüsusiyyətləri və Spesifikasiyalar

  • Tünd kəhraba rəngi, dolğun, ekstraktiv və eyni zamanda yumşaq və zəngin dada malikdir.
  • Buketində qoz, quru meyvələr və badam çalarları hiss olunur.
  • Etil spirtinin kütlə payı: 40%
  • Həcmi: 700 ml 
  • Barkod: 4030011680034

Şirkət haqqında

Əsası 1967-ci ildə qoyulmuş "Mehdiabad Üzüm Emalı Müəssisəsi"  2003-cü ildə yenidən “Abşeron-Şərab” ASC kimi dövlət qeydiyyatına alınıb. Müəssisə Sovet dövründən zavodun zirzəmilərində saxlanılan köhnə şərab distillələrinin unikal ehtiyatına malikdir.

2007-ci ildən etibarən istehsal bazamızı təkmilləşdirərək, hazır məhsulların istehsalından xammalın emalına qədər bütün dövri əhatə edirik. Şirkətimiz bugün şərab, brendi, viski, meyvə arağı, cin, likörlər, Calvados kimi geniş bir spirtli içki seçimi təklif edir.

Özəl hədiyyə

"Baku Magic XO 25-Year-Old " yaxınlar və ya iş adamlar üçün gözəl hədiyyə ola bilər.

video

 

#KarabakhisAzerbaijan #absheronsharab #madeinazerbaijan