Sumax 8-Year-Old
Məhsulun təsviri
«Sumax 8-Year-Old» - səkkiz illik konyak -- Azərbaycanda yetişdirilən Rkatsiteli üzümünün distillatlarının qarışığından hazırlanmışdır. Distillatlar köhnə Fransız palıd çəlləklərində ən azı 8 il müddətinə yaşlanır.
Adı haqqında
“Sumax” xalçaları son əsrlərdə geniş yayılmış ən maraqlı xalça növlərindən biridir. Özünəməxsus çətin bir texnika ilə toxunan “Sumax” xalçalarının fərqləndirici xüsusiyyəti onların zəngin kompozisiyası və rəngidir.
Bu xalçalar rəngarəng bitki motivləri, böyük altıbucaqlı, kvadrat və romb formalı medalyonlar kimi həndəsi elementlərlə fərqlənir. "Dolan-qaç" adı ilə tanınan ənənəvi naxış, həmçinin bütün “Sumax” xalçalarında tətbiq olunan dalğavari naxışlı çox kiçik haşiyədir.
Orqanoleptik xüsusiyyətləri və Spesifikasiyalar
- Kəhrəba rənginə, zəngin ətirə, qurudulmuş meyvələr, vanil və palıd notları ilə yumşaq, harmonik dada malikdir.
- Etil spirtinin kütlə payı 42%
- Həcmi 500 ml
- Barkod: 4760019805374
Şirkət haqqında
1967-ci ildə yaradılmış Mehdiabad üzüm emalı müəssisəsi 2003-cü ildən yenidən “Abşeron-Şərab” ASC kimi fəaliyyət göstərir. Müəssisə sovet dövründən zavodun zirzəmilərində saxlanılan köhnə şərab distillələrinin unikal ehtiyatına malikdir.
Bu gün “Abşeron-Şərab” ASC Azərbaycanda üzüm qəbulu, emalı və onun əsasında spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir.
#KarabakhisAzerbaijan #absheronsharab #madeinazerbaijan