Dastan 7 years

«Dastan 7 years» ("Dastan 7 illik) palıd çəlləklərdə yetişdirməklə ən azı 7 il müddətində saxlanılan yüksək keyfiyyətli şərab distillatlarının qarışığından hazırlanır. Yaşlanma üçün, keçən əsrdən bəri mövcud olan köhnə Fransız palıd çəlləkləri istifadə edilmişdir.

Orqanoleptik xüsusiyyətləri: Mis-qızıl rəngi var. Zəngin buketində vanil notları üstünlük təşkil edir. Yumşaq, parlaq və məxməri uzunmüddətli dada malikdir.

Etil spirtinin kütlə payı: 40%, həcmi: 500 ml

Adı haqqında: Dastan – Mərkəzi Asiya, İran, Türkiya və Azərbaycan şifahi xalq ədəbiyyatının növlərindən biri.

Şirkət haqqında: 1967-ci ildə yaradılmış Mehdiabad üzüm emalı müəssisəsi 2003-cü ildən yenidən “Abşeron-Şərab” ASC kimi fəaliyyət göstərir. Müəssisə sovet dövründən zavodun zirzəmilərində saxlanılan köhnə şərab distillələrinin unikal ehtiyatına malikdir.

Bu gün “Abşeron-Şərab” ASC Azərbaycanda üzüm qəbulu, emalı və onun əsasında spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir.