Fire Temple 5 years

«Fire Temple 5 years» Azərbaycanda yetişdirilən seçilmiş Rkatsiteli üzümlərindən klassik texnologiya ilə istehsal olunan yüksək keyfiyyətli şərab distillatlarının qarışığından hazırlanır. Distillatlar köhnə Fransız palıd çəlləklərində ən azı 5 il müddətinə saxlanılır.

Orqanoleptik xüsusiyyətləri: «Fire Temple 5 years» qızılı-kəhrəba rənginə, şirin qurudulmuş ərik, gavalı və ədviyyatlı vanilin eyhamları ilə mürəkkəb aromaya malikdir. Şokolad çalarları ilə uzun müddətli dad dolğunluq və harmoniya yaradır.

Etil spirtinin kütlə payı: 40%, həcmi: 500 ml

Adı haqqında: Bakı yaxınlığındakı ərazilər mənbələrdə hələ erkən orta əsrlərdə sönməz alov ərazisi kimi qeyd olunurdu. «Fire Temple 5 years» etiketində təsvir olunan “Alov Qüllələri” Azərbaycanın paytaxtı Bakının ən hündür nöqtəsində yerləşən üç göydələndir. Görünüşdə qüllələr üç od dilinə bənzəyir.

Qüllələr şəhərin ən uzaq nöqtələrindən görünən alovun hərəkətini əks etdirən LED ekranlarla örtülmüşdür. Nüfuzlu şəhərsalma forumu skyscrapercity.com tərəfindən aparılan sorğuda bu qüllələrin işıqlandırılması dünyanın ən yaxşısı kimi tanınıb.

Şirkət haqqında: 1967-ci ildə yaradılmış Mehdiabad üzüm emalı müəssisəsi 2003-cü ildən yenidən “Abşeron-Şərab” ASC kimi fəaliyyət göstərir. Müəssisə sovet dövründən zavodun zirzəmilərində saxlanılan köhnə şərab distillələrinin unikal ehtiyatına malikdir.  Bu gün “Abşeron-Şərab” ASC Azərbaycanda üzüm qəbulu, emalı və onun əsasında spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir.

video