İvanovka Bağları 1954 7-Year-Old

Məhsulun təsviri

«İvanovka Bağları 1954 7-Year-Old» - yeddi illik konyak -- Azərbaycanda yetişdirilən Rkatsiteli üzümünün distillatlarının qarışığından hazırlanmışdır. Distillatlar köhnə Fransız palıd çəlləklərində ən azı 7 il müddətinə yaşlanır.

Adı haqqında

İvanovka Azərbaycanın İsmayıllı rayonunda, Bakıdan üç saatlıq məsafədə yerləşən ən məşhur Molokan kəndlərindən biridir. İvanovka üzüm bağları 1954-cü ildə kolxozun sədri Nikolay Vasilyeviç Nikitin tərəfindən yaradılmışdır.

70 ildən çox mövcud olan kiçik üzüm bağı 20-ci əsrin 80-ci illərinin əvvəllərində Azərbaycanın aparıcı üzümçülük plantasiyalarından birinə çevrildi və sahəsi 700 hektara çatmışdır.

Orqanoleptik xüsusiyyətləri və Spesifikasiyalar

  • Rənq: Mis-qızıl
  • Dadı: Zəngin buketində vanil notları üstünlük təşkil edir. Yumşaq, parlaq və məxməri uzunmüddətli dada malikdir.
  • Etil spirtinin kütlə payı: 40%
  • Həcmi: 500 ml
  • Barkod: 4760019806043

Şirkət haqqında

1967-ci ildə yaradılmış Mehdiabad üzüm emalı müəssisəsi 2003-cü ildən yenidən “Abşeron-Şərab” ASC kimi fəaliyyət göstərir. Müəssisə sovet dövründən zavodun zirzəmilərində saxlanılan köhnə şərab distillələrinin unikal ehtiyatına malikdir.

Bu gün “Abşeron-Şərab” ASC Azərbaycanda üzüm qəbulu, emalı və onun əsasında spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir.

video

#KarabakhisAzerbaijan #absheronsharab #madeinazerbaijan