Natural Tut
«Natural Tut» arağı
- Azərbaycanın milli tünd spirtli içkisi sayılan "Araq" zoğal, tut və ya digər meyvə distillatlarından hazırlanır. "Araq" sözünün mənası “ağ içki” deməkdir. "Araq" adətən ənənəvi taxıl vodkalardan daha tünd olur. İşıqda şəffaf olan içkinin teksturası stəkanın divarlarında yağlı “göz yaşları” əmələ gətirir ki, bununla da yalnız çox yaxşı konyaklar öyünə bilər.
- “Natural Tut” arağı Azərbaycanın Zaqatala və Qax rayonlarının yüksək dağlıq ərazilərində yetişdirilən ağ tut meyvələrindən hazırlanır.
- İstehsalında əks osmos sistemi ilə təmizlənmiş su və tut distillatından istifadə edilir.
- Tut arağı kristal təmiz, şəffaf rəngə, xarakterik balanslaşdırılmış tut ətirinə, zəngin, lakin yumşaq və zərif uzunmüddətli dada malikdir.
- Tut arağı kabab, xaş, düşbərə, dolma kimi ət yeməkləri üçün və ya aperitif kimi tövsiyə edilir. Xidmət temperaturu 16-18°C.
- Etil spirtinin kütlə payı: 50 %
- Həcmi 500 ml - barkod 4760019800416