Simurq 7-Year-Old
Məhsulun təsviri
"Simurq 7-Year-Old" («Simurq 7 illik») - yeddi illik konyak -- Azərbaycanda yetişdirilən Rkatsiteli üzümünün distillatlarının qarışığından hazırlanmışdır. Distillatlar köhnə Fransız palıd çəlləklərində ən azı 7 il müddətinə yaşlanır.
Adı haqqında
Qədim İran mifologiyasına görə Simurq Kaf dağında yaşayan iri quşdur. Onu cənnət quşu da adlandırırlar. Simurq quşunun obrazına Azərbaycan nağıllarında da rast gəlmək olar. Rəvayətə görə, bu quş tüklərinin bir hissəsini qohumlarına və kasıblara paylayır ki, lazım gələrsə, lələyi yandıraraq onu köməyə çağırsınlar.
Orqanoleptik xüsusiyyətləri və Spesifikasiyalar
- Aroma: palıd, meyvə və vanil notları ilə.
- Dad: balanslanmış dadı dolğun və eyni zamanda yumşaq və zəngindir.
- Buketi bal və vanil nüansları ilə tamamlanan palıd və fındıq notlarından ibarətdir.
- Servis: desertlərlə və ya digestif kimi tövsiyə olunur
- Etil spirtinin kütlə payı: 40%
- Həcm: 500 ml
- Barkod: 4760019805350
Şirkət haqqında
1967-ci ildə yaradılmış Mehdiabad üzüm emalı müəssisəsi 2003-cü ildən yenidən “Abşeron-Şərab” ASC kimi fəaliyyət göstərir. Müəssisə sovet dövründən zavodun zirzəmilərində saxlanılan köhnə şərab distillələrinin unikal ehtiyatına malikdir.
Bu gün “Abşeron-Şərab” ASC Azərbaycanda üzüm qəbulu, emalı və onun əsasında spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir.
#KarabakhisAzerbaijan #absheronsharab #madeinazerbaijan