Simurq 8 years
"Simurq 8 years" («Simurq 8 illik») Azərbaycanda yetişdirilən seçilmiş Rkatsiteli üzümlərindən klassik texnologiya ilə istehsal olunan yüksək keyfiyyətli şərab distillatlarının qarışığından hazırlanır. Distillatlar köhnə Fransız palıd çəlləklərində ən azı 8 il müddətinə saxlanılır.
Orqanoleptik xüsusiyyətləri: Kəhrəba rənginə, zəngin ətirə, qurudulmuş meyvələr, vanil və palıd notları ilə yumşaq, harmonik dada malikdir.
Etil spirtinin kütlə payı: 42%, həcmi: 500 ml
Ad haqqında: Qədim İran mifologiyasına görə Simurq Kaf dağında yaşayan iri quşdur. Onu cənnət quşu da adlandırırlar. Simurq quşunun obrazına Azərbaycan nağıllarında da rast gəlmək olar. Rəvayətə görə, bu quş tüklərinin bir hissəsini qohumlarına və kasıblara paylayır ki, lazım gələrsə, lələyi yandıraraq onu köməyə çağırsınlar. Azərbaycan mifologiyasında bu quş yaxşılığı, yeni həyatı və dirçəlişi simvollaşdırır.
Şirkət haqqında: 1967-ci ildə yaradılmış Mehdiabad üzüm emalı müəssisəsi 2003-cü ildən yenidən “Abşeron-Şərab” ASC kimi fəaliyyət göstərir. Müəssisə sovet dövründən zavodun zirzəmilərində saxlanılan köhnə şərab distillələrinin unikal ehtiyatına malikdir.
Bu gün “Abşeron-Şərab” ASC Azərbaycanda üzüm qəbulu, emalı və onun əsasında spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir.