İstehsal olunan bütün  məhsullar normativ sənədlərin tələblərinə uyğunluğunu təmin etmək üçün ciddi çoxmərhələli keyfiyyət nəzarətindən keçir.

“Azərbaycan Akkreditasiya Mərkəzi”nin ekspertləri “Abşeron-Şərab” ASC-nin istehsalat şirkətinin sınaq laboratoriyasının mövcud qanunvericiliyin bütün tələblərinə uyğunluğunu təsdiqləyiblər. Bu, şirkətin məhsullarının yüksək və sabit keyfiyyətinin daha bir təminatı olan daimi akkreditasiya sertifikatı ilə təsdiqləndi.

Laboratoriyamız müasir avadanlıqlarla təchiz olunub, o cümlədən:

  • Avtomatikanalizator «Hyperlab Wine Analyzer» («Steroglass S.r.l.», İtaliya)
  • Xromatograf 7820А («Agilent Tehnologies», ABŞ)
  • Kapilyar elektroforez sistemi «Kapel 105М», Russiya
  • Spirtometr «Alcolyzer Spirits» («Anton Paar», Avstriya)
  • Avtomatik titrator Flash («Steroglass S.r.l.», İtaliya)
  • Spektrofometr Boeco S-220, Almaniya